Aradan 105 il keçsə də Azərbaycanın rəsmi olaraq Dünya xəritəsindəki bu görünüş dənizdən dənizə olan coğrafi ərazilərimiz.
2023- cü ilin iyun ayında mən və həmkarım Tarix İnstitutu tərəfindən elmi ezamiyyətə göndərildiyimız dövrdə Rusiya Federasiyası Dövlət Arxivinin fondlarında çalışarkən 1918- 1920- ci illəri əhatə edən bu xəritənin şəklini çəkib gətirmişik. Burada üç respublikanın ərazisi göstərilir. Azərbaycan Respublikası, Cənub-Qərbi Qars Demokratik Respublikası və Araz- Türk Respublikası. Araz- Türk Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin bir hissəsi kimi elan etmişdi. Ancaq Qars Respublikası AXC-yə isti münasibət bəsləsədə rəsmi olaraq özünü AXC- nin tərkib hissəsi kimi elan etməmişdir.
Yorumlar
Yorum Gönder